Artıq ölkəmizdə həm dövlət, həm özəl liseylər 1-ci sinfə şagird qəbul edərkən xüsusi imtahanlar keçirirlər. Bunun üçün də kursumuzda Azərbaycan və rus bölmələri üzrə 4-5-6 yaşlı uşaqlarüçün məktəbəqədər hazırlıq kursu fəaliyyət göstərir.

Bütün valideynlər uşaqlarını məktəbə hazırlamağa çalışırlar və arzu edirlər ki, onların övladları məktəbdə müvəffəqiyyətlə oxusunlar.Biz sizə məşğələlər zamanı uşaqlara hesablama, oxu və yazının öyrədilməsi, ingilis dili, çoxlu sayda şeirlərin əzbərlənməsindən əlavə onları inkişaf etdirməyin digər yollarını göstərmək istərdik.Bu zaman onların əldə etdikləri bilik və bacarıqlar,onlara məktəbdə köməklik edəcək və bir çox problemlərin yaranmasının qarşısını alacaq.

Kursumuzda Məktəbəqədər hazırlıq Təhsil Nazirliyinin proqramı əsasında aparılır.

  • Ana dili tədrisi,
  • Yazı
  • İngilis və ya rus dili,
  • Məntiqi təfəkkürün inkişafı,
  • Nitq inkişafı,
  • Sadə riyazi təsəvvürlərin inkişafı,
  • Ətraf aləmlə tanışlıq İntelektual oyunlar.

 

 ***Ötən il kursda təhsil alan məktəbəqədər şagirdlərimizdən ikisi Bakı Avropa liseyində, biri Kaspi liseyində birinci  sinifə qəbul edilmişdir.

  *** Məktəbəqədər hazırlıq dərslərini internet üzərindən  izləyə  bilərsiniz.