Mental Aritmetik nədir?

Bəzi uşaqlar hələ 4,5,6 yaşlarda olduqları zaman saymağı belə bilmir, hətta ibtidai sinifdə oxuyan şagirdlərin əksəriyyəti hesab əməliyyatlarını ya kalkulyatorla, ya da kağız – qələmlə aparırlar.Amma sizin övladınızın bu əməliyyatları heç bir əyani vəsaitdən istifadə etmədən beynində bir neçə saniyədə yerinə yetirməsi Mental Aritmetik kurslarında iştirakı ilə mümkündür. Bu kursların eyni zamanda uşaqların zəkasının inkişafına və digər fənlərin daha dəqiq öyrənilməsinə, ev tapşırıqlarının heç kəsdən kömək istəmədən hazırlanmasına çox böyük effekti möcuddur.

Mental Aritmetik zehnin inkişafını necə sürətləndirir?

Mental aritmetik proqramına başlayan şagirdlər ilk öncə abaküsleriyle (şotkayla) başlayırlar. Sonra zehində şotkanı əvəz edə biləcək təsəvvür yaradılır və bu təsəvür bir müddət barmaqların üzərində gerşəkləşir. Daha sonra barmaqlara da ehtiyac qalmır. Bu proqramı mənimsəyən şagirddə riyazi hesablama qabiliyyəti o qədər güclü yaranır ki, onun sürəti hesablayıcı maşınlardan öndə olur. Mütəxəssislərin fikrincə, mental aritmetik kursunu bitirən uşaqlarda yaddaş güclənir, yaradıcılıq qabiliyyəti artır və problemi dərinliyi ilə çözmək imkanı genişlənir. Bəs bu proses fizioloji cəhətdən necə gerçəkləşir?

Tibb elmindən məlumdur ki, insan beyni sol və sağ yarımkürələrdən ibarətdir. Sol yarımkürə danışmaq, riyazi hesablamaq, saymaq, analiz etmək kimi funksiyaları yerinə yetirirsə, sağ yarımkürə xəyal qurmaq, ritm tutmaq, musiqini, rəngləri, məkanın aurası kimi duyğusal funksiyaları yerinə yetirir. Adətən normalda ağırlıq beynin sol yarımkürəsinə düşür. Hər iki beyin yarımkürəsi bir-biriylə tarazlı iş birliyi içərisində çalışdığı durumlarda yaxşı bir nəticə ortaya qoyulur. Professor Robert Ornesteyn beynin iki yarısının da tarazlı işləyən insanların zəka imkanlarının digərlərindən beş qat artıq olduğunu ifadə etmişdir. Mental ariTmetik proqramın həyata keçirildiyi uşaqların sağ və sol beyin yarımkürəsi bərabər şəkildə çalışır. Yəni sol payın funksiyası olaraq o eşidir, hesablayır. Sağ payın işi isə təsəvvür yaratmaq, beyində abaküstünü təsvir etmək, rəqəmləri azaltmaq və çoxaltmaqdan ibarət olur. Yəni daha çox "tənbəl” olan sağ pay aktivləşdirilir. Şübhəsiz ki, bu zaman qavrama, diqqət artır.

Bu proqram “Şəfəq” hazırlıq kurslarında  "Mental Akademi" tərəfindən tədris edilir.