Ramana filialı açılış tədbiri (press-relizi)

29-07-2017

"Şəfəq" hazırlıq kurslarının Ramana qəsəbəsində yeni açılışı….
Sabunçu rayon Ramana qəsəbəsində "Şəfəq" hazırlıq kursları  fəaliyyətə başladı. Bu munasibətlə 17 oktyabr 2015 tarixində mərkəzin açılış mərasimi oldu.  "Şəfəq" hazırlıq kurslarının təsisçilərindən Əli Hənifiyev tədbiri açıq elan edərək ,tədris mərkəzinin məqsədlərindən danışdı.Təbrik üçün ölkəmizin təhsilində xidmətləri olan ziyalı şəxslərimizdən N.Xudiyev, Azərbaycan Turizim və Menecment Universitetinin dosenti V.Məmmədov çıxış edərək fəaliyyətimizi yüksək qiymətləndirdilər və gələcək işlərimizdə uğurlar arzuladılar. 
Kursumuzun İngilis dili müəllimlərindən Avstriyada İMC Fachhochschule Krems Universitetinin telebesi olmus Orxan Babaşov və Alman dili müəllimlərindən Almaniyanın GORTHE universitetində təhsil almış Emin Heydərzadə Praktiki ingilis dili dərsləri haqqında ümumi məlumat verdi.
Tədbir boyu “Ramana Qalası” rəks qrupunun bacarıqlı tələbələri və Şuşa musiqi məktəbinin tələbəsi və müəllimi Vəsilə xanım qonaqlarda xoş ovqat yaratdı.
Tədbirin sonunda Əli Hənifəyev qonaqları Tədris Mərkəzi ilə yaxından tanış olmaq üçün mərkəzə dəvət etdi. "Şəfəq" hazırlıq kurslarının real vəziyyəti ilə tanış olan valideynlər və şagirdlər mərkəzin şəraitin yüksək səviyyədə olduğunu bildirdilər.Sonda çay süfrəsi ətrafında açılış tortu ilə çay içildi.
Biz də  "Şəfəq" hazırlıq kurslarına növbəti fəaliyyətində uğurlar diləyir və Təhsil sahəsində uğurlu yeniliklərə imza atmalarını diləyirik.

Geriyə