“Şəfəq” hazırlıq kursları 10 may Heydər Əliyevin doğum gününə həsr edilmiş məktəblərarası olimpiadaya ev sahibliyi etdi.

29-07-2017

          Ulu öndər Heydər Əliyevin həyat yolu  və dövlətçilik idealarının məktəblilərə daha dərindən aşılanması məqsədi ilə “Şəfəq” hazırlıq kursunun təşkilatçılığında  10 may Heydər Əliyevin doğum gününə həsr edilmiş məktəblərarası olimpiada keçirilmişdir. Olimpiadada ümummilli liderin həyat və fəaliyyəti başda olmaqla digər  fənnlərdən də qiymətləndirmə aparılmış,  8 komanda tərkibində 48 ibtidai sinif şagirdi  iştirak etmişdir.

        Olimpiada Azərbaycan Respublikasının dövlət himni ilə başlamış, ardından şagirdlərə ümummilli liderin həyat yoluna aid fotoşəkillərdən ibarət videoçarx nümayiş etdirilmişdir. Tədbirin  açılışı zamanı çıxış edən “Şəfəq” hazırlıq kursunun direktoru Əli Hənifəyev şagirdlərə ulu öndərin cəmiyyətimiz, ölkəmiz, xalqımız uğrunda həyata keçirdiyi əvəz olunmaz fəaliyyəti  barədə məlumat vermiş, ümummilli liderin əziz xatirəsinə bir dəqiqəlik sükut elan etmiş, hər il mütəmadi şəkildə 10 may Heydər Əliyevin doğum gününə həsr edilmiş məktəblərarası olimpiadanın keçirilməsi üçün səylə çalışacağına söz vermişdir.

       İştirakçıların biliyi müxtəlif məktəblərdən olan təcrübəli münsiflərin iştirakı ilə qiymətləndirilmiş, nəticədə 575 mümkün bal üzərindən 470 bal toplamış “Şəfəq”kursunun 4-cü sinif şagirdlərindən ibarət “Şəfəq” komandası birinci yerə, Xankəndi şəhər Nizami Gəncəvi adına 4 №-li tam orta  məktəbin ikinci sinif şagirdlərindən ibarət    “Odlar Yurdu” komandası 410 balla ikinci yerə, 316 № tam orta məktəbin ikinci sinif şagirdlərindən ibarət  “Zəkalılar” komandası 375 balla üçüncü yerə layiq görülmüşdür.

       Sonda ilk üç yerə layiq görülmüş komanda üzvləri mükafatlandırılmış, birinci yeri tutmuş “Şəfəq” komandasının üzvləri  olan Hüseynov Əli, İsmayılzadə Aysel, İsmayılzadə Əsmər, Rəsulova Fidan, Qəhrəmanlı Araza üzərinə ulu öndərin rəsmi həkk olunmuş medal, diplom, komanda kuboku təqdim olunmuş, valideyin və müəllimləri   ilə birgə ümummilli liderin  məzarı və şəhidlər  xiyabanı ziyarət edilmişdir.

Geriyə