Şəfəq” hazırlıq kursları valideyn himayəsindən məhrum olan uşaqlar üçün “Şəfəqlə həmrəyik” adlı əyləncə proqramı təşkil edib.

29-07-2017

“Şəfəq” hazırlıq kursları valideyn himayəsindən məhrum olan uşaqlar üçün “Şəfəqlə həmrəyik” adlı əyləncə proqramı təşkil edib. Həmrəylik Günü və Yeni il ərəfəsində təşkil olunan tədbirdə Azərbaycan Respublikası “Əlil Körpələrə Yardım” İctimai Birliyinin  kollektivi və  25 nəfər valideyn himayəsindən məhrum uşaq iştirak edib.

“Şəfəq” hazırlıq kurslarının təsisçiləri və “Əlil Körpələrə Yardım” İctimai Birliyinin direktoru Sevda xanımın  iştirakı ilə təşkil olunan tədbirdə uşaqlar üçün müxtəlif müsabiqələr keçirilib, fərqlənən itirakçılara hədiyyələr təqdim olunub.

İncəsənət ustalarının çıxışları, uşaqlar üçün hazırlanmış şoular tədbirə qatılan azyaşlı və yeniyetmələrin marağına səbəb olub.

Uşaqlar da bu tədbir üçün hazırladıqları proqramları təqdim edib. Belə ki, kurs şagirdlərinin hazırladıqları rəqs nömrəsi alqışlarla qarşılanıb.

“Şəfəq” hazırlıq kurslarının kollektivi uşaqlarla  birgə rəqs edib və onlarla xatirə şəkilləri çəkdirib.

Şənliyin sonunda bütün uşaqlara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlara kursda ödənişsiz təhsil alması üçündə şərait yaradılıb.

 

Geriyə